<-- əvvələ qayıt

“Lester”in kapitanı evindən qovuldu

13.09.2017 13:03
Xəbərin şəklinə bax

İngiltərənin “Lester” klubunun kapitanı Ues Morqan xoşagəlməz halla üzləşib.
 
Futbolxeber.az saytı xəbər verir ki, yamaykalı müdafiəçi evindən qovulub.
 
Buna Morqanın həyat yoldaşı Şenin Fişerə xəyanət etməsi səbəb olub. Belə ki, futbolçunun xanımına anonim zəng gəlib və adını açıqlamayan şəxs onun əri tərəfindən 3 ildi aldadıldığını bildirib. Fişerin təzyiqindən sonra Morqan xəyanət etdiyini boynuna alıb və 27 yaşlı sevgilisinin hamilə olduğunu da gizlətməyib.
 
Şoka düşən xanım həyat yoldaşını Nottingemdəki 1 milyon avroluq evdən qovub. Nəticədə futbolçu özünə kirayə ev tutmaq məcburiyyətində qalıb.  
 
Qeyd edək ki, 2012-ci ildən “Lester”in formasını geyinən müdafiəçi 14 ildi Şenin Fişerlə evlidi. Cütlüyün iki övladı var.

<-- əvvələ qayıt

wap.futbolxeber.az / (c) 2013-2014