<-- əvvələ qayıt

Yuventus”un hücumçusu tərbiyəsiz jestinə görə cəzalandırıla bilər

13.09.2017 12:43
Xəbərin şəklinə bax

Yuventus”un hücumçusu Qonsalo İquain cəzalandırıla bilər.
 
Futbolxeber.az saytının məlumatına görə, buna səbəb argentinalı futbolçunun “Barselona” ilə oyunda tərbiyəsiz hərəkətə yol verməsidir.
 
Belə ki, 86-cı dəqiqədə əvəzlənən İquain meydanı tərk edərkən azarkeşlərə qarşı qeyri-etik jest edib. O, fanatların etirazına cavab olaraq onlara orta barmağını göstərib.
 
Qeyd edək ki, “Barselona” – “Yuventus” qarşılaşması ispanların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

<-- əvvələ qayıt

wap.futbolxeber.az / (c) 2013-2014