<-- əvvələ qayıt

"Qızıl ayaq" mükafatına namizədlər müəyyənləşdi

13.09.2017 11:59
Xəbərin şəklinə bax

2017-ci ildə "Qızıl ayaq" mükafatına iddialı olan 10 futbolçunun adı məlum olub.
 
Futbolxeber.az saytının məlumatına förə, mükafata yaşı 28-dən az olmamaq şərtilə, futbolun inkişafına töhfə vermiş oyunçuya təqdim edilir.
 
Namizədlərin siyahısına Lionel Messi, Lui Suares (hər ikisi "Barselona"nın futbolçularıdır), Kriştian Ronaldu, Serxio Ramos ("Real"), Manuel Noyer, Aryen Robben ("Bavariya"nın təmsilçiləri), İker Kasilyas ("Portu"), Tyaqo Silva ("PSJ"), Yaya Ture ("Mançester Siti") və Andrea Pirlo ("Nyu Yorks siti") daxil edilib.
Qalib səsvermə yolu ilə müəyyən ediləcək, mükafatın təqdimatı isə noyabrın 7-də Monakoda keçiriləcək.

<-- əvvələ qayıt

wap.futbolxeber.az / (c) 2013-2014