<-- əvvələ qayıt

Alleqri: “ÇL-i qazanmaq məqsədimiz yox, arzumuzdur”

12.09.2017 06:57
Xəbərin şəklinə bax

“Yuventus”un baş məşqçisi Massimiliano Alleqri Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda “Barselona”ya qarşı keçirəcəkləri oyundan öncə komandasının məqsədi barədə danışıb.

Futbolxeber.az saytının məlumatına görə, italiyalı mütəxəssis bildirib ki, məqsədləri Avropanın 8 ən güclü klubu arasında yer almaqdır:

“Son 3 mövsüm bizim üçün möhtəşəm alınıb, 2 dəfə Çempionlar Liqasında finala adlamışıq. İlk halda bu, kifayət qədər gözlənilməz alınmışdı. İkincidə isə biz turniri qazanmaq istəyirdik. Təbii ki, yenilgiyə görə məyus olduq. Amma unutmayaq ki, hər komanda ÇL-in finalına çıxmağı bacarmır.

ÇL-i qazanmaq bizim məqsədimiz yox, arzumuzdur. Bunun üçün də çox çalışmaq lazımdır. İlk növbədə özünü psixoloji cəhətdən buna hazırlamalısan.

“Yuventus”un məqsədi Avropanın 8 ən güclü klubu sırasında yer almaqdı. Bunun üçün də heyəti lazımi səviyyədə gücləndirməliyik. Düşünürəm ki, klub bunun da öhdəsindən gəlir”.

 


<-- əvvələ qayıt

wap.futbolxeber.az / (c) 2013-2014