<-- əvvələ qayıt

Millimizin rəqibinin baş məşqçisi həbs edildi

12.09.2017 12:37
Xəbərin şəklinə bax

Futbol üzrə 2018-ci il dünya çempionatının seçmə mərhələsində Azərbaycan milli komandası ilə eyni qrupda yer alan Şimali İrlandiya yığmasının baş məşqçisi Maykl O`Nil həbs edilib.
 
Futbolxeber.az xəbər verir ki, 48 yaşlı mütəxəssis Şotlandiyanın paytaxtı Edinburqda saxlanılıb. O, sərxoş halda avtomobil idarə etməkdə şübhəli bilinir. O`Nil ifadə vermək üçün oktyabrın 10-da məhkəməyə çağırılıb.  
 
Qeyd edək ki, Maykl O`Nil 2012-ci ildən Şimali İrlandiya millisinə rəhbərlik edir. Onun baş məşqçisi olduğu komanda cari tsikldə 19 xalla C qrununda 2-ci pillədə qərarlaşıb. 

<-- əvvələ qayıt

wap.futbolxeber.az / (c) 2013-2014