<-- əvvələ qayıt

"Qarabağ"ın rəqibləri razılıq əldə etdilər

12.09.2017 10:04
Xəbərin şəklinə bax

"Atletiko" Dieqo Kostanın transferi üçün "Çelsi" ilə danışıqları yekunlaşdırıb.
 
Futbolxeber.az saytının məlumatına görə, London klubu 60 milyon avroya ispan hücumçunu Madrid təmsilçisinə satmağa razılıq verib. Bu transferin qışda həyta keçiriləcəyi bildirilib.
 
Qeyd edək ki, D.Kosta 2010-cu ildən məhz "Atletiko"dan "Çelsi"yə transfer olunub. O, indiyə kimi İngiltərə klubunda 135 oyuna 60 qol vurub.
 
Əlavə edək ki, "Çelsi" və "Atletiko" "Qarabağ"ın Çempionlar Liqasının qrup mərhələsindəki rəqibləridir.

<-- əvvələ qayıt

wap.futbolxeber.az / (c) 2013-2014