<-- əvvələ qayıt

Fərid Nəbiyev “Slaviya”nın start heyətində

12.09.2017 00:47
Xəbərin şəklinə bax

Çexiya yüksək liqasında çıxış edən klubların 21 yaşadək futbolçulardan ibarət komandaları arasında keçirilən ölkə çempoionatında 7-ci turun qarşılaşmaları oynanılır.

Futbolxeber.az saytının məlumatına görə, azərbaycanlı futbolçu Fərid Nəbiyevin formasını geyindiyi Praqa “Slaviya”sının gənclərdən ibarət kollektivi doğma meydanda “Hradeç”lə qarşılaşıb. Qarşılaşma 2:2 hesabı ilə yekunlaşıb.

Meydana start heyətində çıxan həmyerlimiz 81-ci dəqiqədə əvəzlənib.

Qeyd edək ki, Fəridin komandası 7 turdan sonra 11 xalla dördüncü pillədə qərarlaşıb. “Slaviya” lider “Teplitse”dən 7 xal geri qalır.


<-- əvvələ qayıt

wap.futbolxeber.az / (c) 2013-2014