<-- əvvələ qayıt

Frank de Bur qovuldu

11.09.2017 16:02
Xəbərin şəklinə bax

“Kristal Pelas” baş məşqçisi Frank de Burla yolları ayırıb.
 
Futbolxeber.az saytının məlumatına görə, hollandiyalı çalışdırıcı uğursuz nəticələrə görə istefaya göndərilib.
 
47 yaşlı mütəxəssisin rəhbərliyi altında komanda cari mövsümə olduqca pis start verib. Təsadüfi deyil ki, ilk 4 turda ardıcıl 4 məğlubiyyət qeydə alınıb. Bundan əlavə, “Kristal Pelas” bu oyunlarda rəqib qapısına qol vura bilməyib.
 
Məhz bu səbəbdən rəhbərlik Frank de Burla əməkdaşlığa son qoymağa qərar verib.
 
Qeyd edək ki, təcrübəli çalışdırıcı komandanın “sükanı arxası”na iyunda keçmişdi.

<-- əvvələ qayıt

wap.futbolxeber.az / (c) 2013-2014