<-- əvvələ qayıt

Əliyar Ağayev Avroliqa oyununda

11.09.2017 15:12
Xəbərin şəklinə bax

Avropa Liqasının qrup mərhələsinin I turu çərçivəsində keçiriləcək "Vitoriya Gimaraynş” (Portuqaliya) – "Zalsburq” (Avstriya) görüşünü Azərbaycanın FİFA referisi Əliyar Ağayev idarə edəcək.
 
Futbolxeber.az xəbər verir ki, görüşün yan xətt hakimləri Rza Məmmədovla Zeynal Zeynalov olacaqlar. Rəhim Həsənovla Orxan Məmmədov baş hakimi əlavə köməkçiləri, Mübariz Həşimov isə 4-cü hakim funksiyasını yerinə yetirəcək.
 
Qeyd edək ki, matç sentyabrın 14-də "Afonsu Enrikiş” stadionunda keçiriləcək.

<-- əvvələ qayıt

wap.futbolxeber.az / (c) 2013-2014