<-- əvvələ qayıt

Ozobiç debüt etdi, Xorvatiya uduzdu

11.01.2017 21:51
Xəbərin şəklinə bax

Bir neçə gün öncə Xorvatiya millisinə çağırılan “Qəbələ”nin yarımmüdafiəçisi Filip Ozobiç arzusuna çatıb.
 
Futbolxeber.az-ın məlumatına görə, 25 yaşlı futbolçu ölkəsinin milli komandasında debüt edib. “China Cup 2017” turniri çərçivəsində komandasının Çili yığmasına qarşı keçirilən matçına start heyətində çıxan Ozobiç 53-cü dəqiqədə sarı vərəqə də alıb, 57ci dəqiqədə isə əvəzlənib.
 
Qeyd edək ki, 1:1 hesabı ilə başa çatan matçın qalibi penaltilər seriyasında bəlli olub. 4:1 hesabı ilə qalib gələn Çili finala yüksəlib. Xorvatlar isə yanvarın 14-də 3-cü yer uğrunda matçda Çinlə üz-üzə gələcək.
 


<-- əvvələ qayıt

wap.futbolxeber.az / (c) 2013-2014