<-- əvvələ qayıt

“Qalatasaray”dan yeni transfer

11.01.2017 17:34
Xəbərin şəklinə bax

Türkiyənin nəhəng klublarından olan “Qalatasaray” heyətini yeni futbolçu ilə gücləndirib. 
 
Futbolxeber.az-ın məlumatına görə, bu barədə İstanbul təmsilçisinin rəsmi saytından informasiya yayılıb. Mənbədə bildirilir ki, “sarı-qırmızılar” kabo-verdeli yarımmüdafiəçi Qarri Rodriqeslə anlaşıb. Müqaviləyə əsasən 26 yaşlı futbolçu 2021-ci ilin iyununa qədər “Qalatasaray”da çıxış edəcək.
 
Qeyd edək ki, Hollandiyada doğulan və bu ölkənin “Feyenoord” klubunun yetirməsi olan Rodriqesin son klubu PAOK (Yunanıstan) olub.
 

<-- əvvələ qayıt

wap.futbolxeber.az / (c) 2013-2014