<-- əvvələ qayıt

Foqts: “Bu gedişlə dünya çempionatının sonuna çıxacaqlar”

11.01.2017 14:21
Xəbərin şəklinə bax

Futbol üzrə Azərbaycan yığma komandasının sabiq (2008/2014) baş məşqçisi Berti Foqts “Kicker” nəşrinə maraqlı açıqlamalar verib.
 
Futbolxeber.az-ın məlumatına görə, almaniyalı mütəxəssis dünya çempionatının final mərhələsində 48 komandanın iştirak etməsi ilə bağlı qəbul edilən qərara münasibət bildirib.
 
Foqts bu qərarı fəlakət adlandırıb: “Mən buna inana bilmirəm, tamamilə dəhşətli qərardır. Bu gedişlə dünya çempionatının sonuna çıxacaqlar. Əgər bunu istəyirlərsə, bu yolla getsinlər. Bu turniri hər kəs sevir, izləyir. Bunu futbol üçün yaxşı layihə saymıram. Artıq dünya çempionatı mənim turnirim deyil. Bu qərardan heç nə anlaya bilmirəm”.
 
Qeyd edək ki, FİFA dünən keçirilən iclasda rəsmi qərar qəbul edilib. Qərara əsasən, DÇ-2026-dan başlayaraq dünya çempionatında 48 komanda iştirak edəcək.
 

<-- əvvələ qayıt

wap.futbolxeber.az / (c) 2013-2014