<-- əvvələ qayıt

“Mançester Yunayted” üçün yunan futbolçu

10.01.2017 14:53
Xəbərin şəklinə bax

İngiltərənin nəhəng klublarından olan “Mançester Yunayted” heyətini yeni futbolçu ilə gücləndirmək istəyir. 
 
Futbolxeber.az-ın məlumatına görə, bu, “Roma”nın yunanıstanlı müdafiəçisi Kostas Manolasdır. “The Sun” nəşrində bildirilir ki, “qırmızı-şeytanlar” 25 yaşlı futbolçu üçün İtaliya təmsilçisinə 47,6 milyon funt-sterlinq təklif etməyə hazırlaşır.
 
Qeyd edək ki, Yunanıstan millisinin üzvü 2014-cü ildən paytaxt klubunda çıxış edir.
 

<-- əvvələ qayıt

wap.futbolxeber.az / (c) 2013-2014