<-- əvvələ qayıt

FİFA-dan tarixi qərar: DÇ-da 48 yığma

10.01.2017 14:18
Xəbərin şəklinə bax

FİFA bu gün futbol üzrə dünya çempionatı (DÇ) ilə bağlı yeni qərar verib.
 
Futbolxeber.az-ın məlumatına görə, ali futbol qurumu 2026-cı ildən etibarən DÇ-də 48 milli komandanın iştirakı barədə qərar qəbul edib. Final mərhələsində iştirak edəcək 48 komanda hər birində 3 yığma olmaqla, 16 qrupda mübarizə aparacaq. Qrupda ilk 2 yeri tutan yığmalar pley-offa vəsiqə qazanacaq.
 
Qeyd edək ki, 48 komandalı çempionat təklifini FİFA prezidenti Canni İnfantino irəli sürmüşdü.
 

<-- əvvələ qayıt

wap.futbolxeber.az / (c) 2013-2014