<-- əvvələ qayıt

“Liverpul”un müdafiəçisi “Sevilya”nın hədəfində

10.01.2017 02:40
Xəbərin şəklinə bax

Mamadu Sako tezliklə “Liverpul”dan gedə bilər.

Futbolxeber.az saytının məlumatına görə, “Sevilya” təcrübəli müdafiəçinin xidmətində maraqlıdır.

İspaniya klubunun baş məşqçisi Xorxe Sampaoli müdafiə xəttini məhz 26 yaşlı futbolçu ilə gücləndirmək fikrindədir. “Liverpul” Sakonu 500 min funt qarşılığında icarəyə verməyə razıdır.

Qeyd edək ki, baş məşqçi Yurgen Kloppla problem yaşayan fransız müdafiəçi bu mövsüm “Liverpul”un heyətində meydana çıxmayıb.

 


<-- əvvələ qayıt

wap.futbolxeber.az / (c) 2013-2014