<-- əvvələ qayıt

Ranyeri ilin məşqçisi seçildi

10.01.2017 00:17
Xəbərin şəklinə bax

FİFA 2016-cı ilin ən yaxşı məşqçisinin adını açıqlayıb.

Futbolxeber.az saytının məlumatına görə, milli komandaların məşqçiləri, kapitanları, jurnalistlər və azarkeşlər arasında keçirilən sorğunun qalibi Klaudio Ranyeri olub.

“Lester”in baş məşqçisi Zinəddin Zidan ("Real") və Fernandu Santuşla (Portuqaliya) mübarizədən qalib ayrılıb.

Xatırladaq ki, Ranyeri ötən mövsüm "Lester"lə İngiltərə Premyer Liqasının qalibi olub.


<-- əvvələ qayıt

wap.futbolxeber.az / (c) 2013-2014