<-- əvvələ qayıt

2016-cı ilin ən yaxşı futbolçusu - Kriştianu Ronaldo!

10.01.2017 00:00
Xəbərin şəklinə bax

FİFA 2016-cı ilin ən yaxşı futbolçusunun adını açıqlayıb.

Futbolxeber.az saytının məlumatına görə, milli komandaların baş məşqçiləri, kapitanlar, jurnalistlər və azarkeşlər arasında keçirilən sorğunun qalibi gözlənildiyi kimi, “Real”ın və Portuqaliya millisinin üzvü Kriştianu Ronaldo seçilib.

Portuqaliyalı ulduz “Qızıl top” uğrunda mübarizədə olduğu kimi, yenə də Lionel Messi (Argentina, "Barselona") və Antuan Qrizmanı (Fransa, "Atletiko") qabaqlayıb.

Ronaldo ilin ən yaxşı futbolçusuna verilən "The Best" mükafatına sahib çıxıb. Bununla da o, bu mükafatı qazanan ilk oyunçu olub.


<-- əvvələ qayıt

wap.futbolxeber.az / (c) 2013-2014