<-- əvvələ qayıt

2024 və 2028-ci illərdə olimpiadaya ev sahibliyi edəcək şəhərlər müəyyənləşdi

14.09.2017 00:17
Xəbərin şəklinə bax

Beynəlxalq Olimpiya Komitəsi (BOK) 2024 və 2028-ci illərdə Yay Olimpiya Oyunlarına ev sahibliyi edəcək şəhərlərin adlarını açıqlayıb.

Futbolxeber.az saytının məlumatına görə, bu haqda qərar BOK-ın Limada keçirilən növbəti sessiyasında verilib.

Qərara əsasən, 2024-cü ildə olimpiadaya Paris, 4 il sonra isə Los-Anceles ev sahibliyi edəcək.

Qeyd edək ki, hər iki şəhər buna qədər 2 dəfə Olimpiya Oyunlarını qəbul edib. Parisdə olimpiada 1900 və 1924, Los-Ancelesdə isə 1932 və 1984-cü illərdə keçirilib.

 


<-- əvvələ qayıt

wap.futbolxeber.az / (c) 2013-2014