<-- əvvələ qayıt

“Monako”nun azarkeşləri ÇL-də “Beşiktaş”la səfər matçına aparılmayacaqlar

12.09.2017 15:15
Xəbərin şəklinə bax

Fransanın “Monako” klubu Çempionlar Liqasının qrup mərhələsində səfərdə “Beşiktaş”a qarşı keçirəcəyi oyuna azarkeş aparmayacaq.
 
Futbolxeber.az saytının məlumatına görə, bu barədə "knyazlıq təmsilçisi"nin rəsmi “Twitter” səhifəsi vasitəsilə verilən açıqlamada bildirilir. 
 
Qeyd olunur ki, Milli Xuliqanlıqla Mübarizə Birliyinin (DNLH) tövsiyəsi əsasında bu cür qərar qəbul olunub. “Monako” azarkeşlər arasında mümkün qarşıdurmanı önləmək üçün bu addımı atıb. Bu səbəbdən İstanbulda “Vodafone Park” stadionunda baş tutacaq görüş üçün bilet satışı təşkil edilməyəcək.
 
Qeyd edək ki, “Beşiktaş” – “Monako” matçı noyabrın 1-də keçiriləcək.

<-- əvvələ qayıt

wap.futbolxeber.az / (c) 2013-2014