<-- əvvələ qayıt

Boks üzrə yığma komandalarımızda yeni təyinatlar

11.01.2017 12:40
Xəbərin şəklinə bax

Ayrı-ayrı yaş qruplarında boks üzrə seçmə komandalarımızın yeni məşqçiləri müəyyənləşib. 
 
Futbolxeber.az-ın məlumatına görə, ukraynalı tanınmış mütəxəssis Leonid Layivski milli kollektivin baş məşqçisi təyin olunub. Nəriman Abdullayev milli komandamızın böyük məşqçisi vəzifəsini davam etdirəcək. Gənclərdən ibarət komandamızı isə indidən belə Vaqif Şirinov çalışdıracaq. Və nəhayət, əməkdar məşqçi Vaqif Kazımov yeniyetmə boksçulardan ibarət heyətə rəhbərlik edəcək. Qadınlardan ibarət komandamız isə Elbrus Rzayevin rəhbərliyi altında çıxışını davam etdirəcək. Əlavə edək ki, böyüklər arasında Azərbaycan çempionatı yanvarın 25-dən 30-a kimi keçiriləcək.
 

<-- əvvələ qayıt

wap.futbolxeber.az / (c) 2013-2014