<-- əvvələ qayıt

Azərbaycanda qış “transfer pəncərəsi”nin vaxtı açıqlandı

13.09.2017 17:44
Xəbərin şəklinə bax

Azərbaycan Premyer Liqasında qış “transfer pəncərəsi”nin vaxtı məlum olub.
 
Futbolxeber.az saytının məlumatına görə, ölkə futbolunda növbəti keçid dövrü 2018-ci ilin yanvarında açılacaq.
 
Yeni ilin 13-cü günündən futbolçuların keçidini rəsmiləşdirmək imkanı qazanacaq klubların 4 həftə vaxtı olacaq. Belə ki, “pəncərə” fevralın 9-da bağlanacaq.
 
Qeyd edək ki, sonuncu transfer dövrü 2017-ci il iyunun 10-dan sentyabrın 1-dək olan müddəti əhatə etmişdi.

<-- əvvələ qayıt

wap.futbolxeber.az / (c) 2013-2014