<-- əvvələ qayıt

“Qarabağ” ÇL-in tarixinə düşdü

13.09.2017 12:20
Xəbərin şəklinə bax

Azərbaycan çempionu “Qarabağ” futbol üzrə UEFA Çempionlar Liqasının tarixinə düşüb.
 
Futbolxeber.az xəbər verir ki, Ağdam klubu qitənin ən nüfuzlu klub turnirindəki debüt matçında ən böyük hesabla uduzan iki komandadan birinə çevrilib.
 
UEFA-nın rəsmi saytının açıqladığı hesablamalara görə, Ağdam klubu Portuqaliya “Braqa”sının antirekordunu təkrarlayıb. Belə ki, sözügedən komanda da İngiltərə “Arsenal”ına qarşı keçirdiyi ÇL-in qrup mərhələsindəki debüt matçında 0:6 hesabıyla uduzub. 
 
“Qarabağ” da məhz İngiltərədə, bu ölkənin digər təmsilçisi “Çelsi”yə oxşar hesabla məğlub oldu. 

<-- əvvələ qayıt

wap.futbolxeber.az / (c) 2013-2014