<-- əvvələ qayıt

Jezniçakın London tviti: "Bu oğlan qol vuracaq"

12.09.2017 10:45
Xəbərin şəklinə bax

“Qarabağ”ın müdafiəçisi Yakub Jezniçak sosial şəbəkədəki fəallığı ilə seçilir.
 
Futbolxeber.az saytı xəbər verir ki, polşalı futbolçu bu dəfə tvitterdə paylaşım edib.
 
Təcrübəli oyunçu Çempionlar Liqasının qrup mərhələsində “Çelsi” ilə keçirəcəkləri oyundan öncə komanda yoldaşları Maksim Medvedev və Dino Ndlovu ilə birlikdə London kafesində çəkdirdiyi şəkli izləyicilərinə təqdim edib. O, fotonun altında yazdığı şərhlə Ndlovuya dəstək olub. Jezniçak CAR-dan olan hücumçunun “Çelsi” ilə səfər matçında qol vuracağına inandığını bildirib: “Ümid edirəm ki, bu oğlan Londonda qol vuracaq”.
 
Qeyd edək ki, bu gün “Stemford Bric”də keçiriləcək “Çelsi” – “Qarabağ” matçı Bakı vaxtı ilə 22:45-də start götürəcək.

<-- əvvələ qayıt

wap.futbolxeber.az / (c) 2013-2014