<-- əvvələ qayıt

“Qarabağ” “Stemford Bric”də məşq etdi

12.09.2017 00:31
Xəbərin şəklinə bax

“Qarabağ” bu gün “Çelsi”ylə qarşılaşmanın hazırlıqlarını tamamlayıb.

Futbolxeber.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, Ağdam klubunun son məşqi oyunun keçiriləcəyi “Stemford Bric” stadionunda baş tutub və yerli vaxtla 18:45-də (Bakı vaxtıyla 21:45) start götürüb.

Futbolçular isinmə hərəkətlərinin ardından toplu çalışmaları yerinə yetirib. Son hazırlıq təxminən 1 saat davam edib.

Qeyd edək ki, “Çelsi” - “Qarabağ” matçı sabah saat 22:45-də başlayacaq.


<-- əvvələ qayıt

wap.futbolxeber.az / (c) 2013-2014