<-- əvvələ qayıt

Yakub Jezniçak: “Onları dayandırmağa çalışacağam”

12.09.2017 00:09
Xəbərin şəklinə bax

“Bu, bizim Çempionlar Liqasında ilk oyunumuzdur. Qrupumuzda rəqiblərimiz çox güclüdür, amma buna baxmayaraq əlimizdən gələni edəcəyik".

Futbolxeber.az saytının məlumatına görə, "Qarabağ"ın futbolçusu Yakub Jezniçak Çempionlar Liqasının qrup mərhələsində "Çelsi" ilə səfər oyunu öncəsi keçirilən mətbuat konfransında deyib.

"Çelsi"nin hücumçusu Alvaro Morata “Real”da oynayarkən ona qarşı oynamışam. Rəqibin hücum xəttində kimin olmasından asılı olmayaraq, onları dayandırmağa çalışacağam” - deyə o bildirib.


<-- əvvələ qayıt

wap.futbolxeber.az / (c) 2013-2014