<-- əvvələ qayıt

FİFA ilin ilk reytinq cədvəlini açıqladı: millimiz yerində saydı

12.01.2017 13:30
Xəbərin şəklinə bax

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb. 
 
Futbolxeber.az-ın məlumatına görə, ötən ayla müqayisədə Azərbaycan milli komandasının mövqeyində dəyişiklik olmayıb. Yığmamız 386 xalla 90-cı pillədə qərarlaşıb.
 
DÇ-2018-in seçmə mərhələsindəki rəqiblərimizdən Almaniya 3, Şimali İrlandiya 32, Çexiya 43, Norveç 84, San Marino isə 202-ci pillədə qərarlaşıb. 
 
Müvafiq olaraq Argentina, Braziliya və Almaniya millilərinin liderlik etdiyi siyahıda qardaş ölkə Türkiyəni yığması isə 24-cü sırada qərar tutub.
 

<-- əvvələ qayıt

wap.futbolxeber.az / (c) 2013-2014