<-- əvvələ qayıt

Ruslan Abışov rəsmən “Neftçi”də

12.01.2017 12:40
Xəbərin şəklinə bax

"Neftçi” klubu heyətini daha bir futbolçusu ilə gücləndirib. 
 
Futbolxeber.az-ın məlumatına görə, bu barədə paytaxt təmsilçisinin rəsmi saytından informasiya yayılıb. Mənbədə bildirilib ki, “ağ-qaralar” milli komandamızın üzvü Ruslan Abışovla anlaşıb. Onunla il yarım müddətinə müqavilə bağlanıb. 
 
"Neftçi”nin yetirməsi olan 29 yaşlı müdafiəçi 2012-ci ilədək "ağ-qara” formanı geyinib. Bundan sonra "Xəzər Lənkəran”, "Rubin” (Rusiya), "Qəbələ” və "İnter" klublarında çıxış etmiş Ruslan Abışov 2009-cu ildən milli komandamızın şərəfini qoruyur.
 

<-- əvvələ qayıt

wap.futbolxeber.az / (c) 2013-2014