<-- əvvələ qayıt

“Səbail”dən daha 2 transfer

12.01.2017 12:22
Xəbərin şəklinə bax

Azərbaycan I Divizion təmsilçisi “Səbail” heyətini daha iki futbolçu ilə gücləndirib. 
 
Futbolxeber.az-ın məlumatına görə, bunlar Eltun Yaqublu və Samir Əhmədovdur. Yaqublu "Neftçi"dən mövsümün sonuna kimi icarəyə götürülüb. "Ağ-qaralar"ın yetirməsi olan 24 yaşlı müdafiəçi bunadək "Neftçi", AZAL və "Qarabağ" klublarının şərəfini qoruyub O, eyni zamanda U-17 və U-19 millilərimizin də formasını geyinib.
 
Əhmədovla isə 1 illik müqavilə imzalanıb. "Neftçi"nin yetirməsi olan 22 yaşlı müdafiəçinin son klubu "Qaradağ Lökbatan" olub. O, eyni zamanda U-17 və U-19 millilərimizin də şərəfini qoruyub.
 

<-- əvvələ qayıt

wap.futbolxeber.az / (c) 2013-2014