<-- əvvələ qayıt

“Qəbələ” qələbə ilə başladı

12.01.2017 10:20
Xəbərin şəklinə bax

Antalyada təlim-məşq prosesi keçən "Qəbələ"nin 19 yaşadək futbolçulardan ibarət komandası ilk oyununa çıxıb. 
 
Futbolxeber.az-ın məlumatına görə, yerli "Qartalspor"la qarşılaşan əyalət təmsilçisi 3:1 hesabı ilə qalib gəlib. "Qırmızı-qaralar"ın heyətində Quliyev Kamran dubl edib. Digər qolu isə Abbaslı Məhəmməd rəqib qapısından keçirib. 
 
"Qəbələ" matça aşağıdakı start 11-liyi ilə başlayıb: Sultanov Elməddin, Əjdərli Tural , Hacıyev Faiq, Soltanov Osman, Mehrəliyev Güləli, Abdullayev İlkin (k), Mustafayev Vüsal, Tağıyev Elmir, Quliyev Kamran, Mütəllimov Tunar, Əlizadə Tacir
 
İlk hissədən sonra əvəzlənən futbolçular - Əlizadə Tacir və Elmir Tağıyev Qəbələ TV-yə toplanışın gedişi və matçdan danışıblar.
 

<-- əvvələ qayıt

wap.futbolxeber.az / (c) 2013-2014