<-- əvvələ qayıt

“Qəbələ” Antalyada ilk məşqinə çıxdı

12.01.2017 00:47
Xəbərin şəklinə bax

2016-2017-ci il mövsümünün ikinci yarısına hazırlaşan "Qəbələ" bu gün Türkiyəyə yollanıb.

Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, “Qəbələ” Antalyada təlim-məşq toplanışına start verib.

Hazırlığın 1-ci günündə “qırmızı-qaralar”ın ilk məşqi baş tutub. Roman Qriqorçukun rəhbərliyi altında keçirilən hazırlıq prosesində həm toplu, həm topsuz çalışmalara üstünlük verilib. 


<-- əvvələ qayıt

wap.futbolxeber.az / (c) 2013-2014