<-- əvvələ qayıt

“Neftçi” özbəklərə uduzdu

12.01.2017 00:17
Xəbərin şəklinə bax

Antalyada təlim-məşq toplanışında olan "Neftçi” bu gün hazırlıq prosesi çərçivəsində növbəti yoxlama oyununu keçirib.

Futbolxeber.az saytının məlumatına görə, “ağ-qaralar”  Özbəkistanın "Nasaf" klubu ilə qarşılaşıb. Oyun “Neftçi”nin 0:1 hesablı yenilgisi ilə başa çatıb.

Xatırladaq ki, "Neftçi” ilk yoxlama matçında "Sivasspor"a qolsuz bərabərliyə qalıb. 


<-- əvvələ qayıt

wap.futbolxeber.az / (c) 2013-2014