<-- əvvələ qayıt

Kuznetsov: “Azərbaycan yığmasını yaxşı tanıyırdıq”

11.01.2017 15:44
Xəbərin şəklinə bax

FİFA-nın ilk vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunan XXIX beynəlxalq turnir davam edir. 
 
Futbolxeber.az-ın məlumatına görə, Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən yarışda 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün Qazaxıstan yığması ilə 2:2 bərabərə qalıb. Matçdan sonra qazaxların baş məşqçisi Aleksandr Kuznetsov heç-heçəni belə şərh edib:
 
“Azərbaycan yığmasının başqa turnirlərdəki oyunlarını izləmişdik. Rəqbimizi yaxşı tanıyırdıq. Güclü komandadır, futbolçuların çoxu təcrübəlidir. Xüsusilə, topa yaxşı nəzarət edirlər. Ümumi götürsək, oyun çox xoşuma gəldi. Hər iki komanda yaxşı oynadı”.
 
Qeyd edək ki, millimiz qrupdakı ilə oyunda Litvaya 1:2 hesabı ilə uduzmuşdu.
 

<-- əvvələ qayıt

wap.futbolxeber.az / (c) 2013-2014