<-- əvvələ qayıt

Təbriz Həsənov: “Daha yaxşı futbol nümayiş etdirməliyik”

11.01.2017 15:40
Xəbərin şəklinə bax

FİFA-nın ilk vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunan XXIX beynəlxalq turnir davam edir. 
 
Futbolxeber.az-ın məlumatına görə, Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən yarışda 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün Qazaxıstan yığması ilə 2:2 bərabərə qalıb. Matçdan sonra yığmamızın baş məşqçisi Təbriz Həsənov heç-heçəni belə şərh edib:
 
“Maraqlı oyun oldu. Birinci oyunumuzda olduğu kimi, xeyli qol epizodu yaratdıq. Təəssüf ki, yalnız 2 qol vura bildik. Müdafiə xəttində bir qədər çatışmazlıq var. Ümumilikdə bu oyunlar, bu turnir bizim üçün çox əhəmiyyətlidir. Səhvlərmizdən nəticə çıxarmalı, növbəti qarşılaşmalarda əvvəlki oyunlarla müqayisədə daha yaxşı futbol nümayiş etdirməliyik”.
 
Qeyd edək ki, millimiz qrupdakı ilə oyunda Litvaya 1:2 hesabı ilə uduzmuşdu.
 

<-- əvvələ qayıt

wap.futbolxeber.az / (c) 2013-2014