<-- əvvələ qayıt

Veteranlarımız ispanlara qarşı

11.01.2017 11:56
Xəbərin şəklinə bax

Futbol veteranlarından ibarət Azərbaycan milli komandası Gürcüstana gedir. 
 
Futbolxeber.az-ın məlumatına görə, onlar yanvarın 15-də Tbilisidə 1 il əvvəl faciəvi şəkildə dünyasını dəyişmiş gürcü futbolçu və UEFA-nın meneceri David Petriaşvilinin xatirəsinə həsr olunmuş beynəlxalq mini-futbol turnirində iştirak edəcək.
 
Gürcüstan, Azərbaycan, İspaniya, Türkiyə, Ukrayna və UEFA-nın yığma komandasının qatılacağı turnirdə millimiz yarımfinala vəsiqə qazanmaq üçün İspaniya və Ukraynanın futbol veteranları ilə mübarizə aparacaq.
 
Turnirə yollanacaq veteran futbolçuların siyahısını diqqətinizə çatdırırıq:  Oqtay Abdullayev, Rüstəm Rəhimov, Asim Xudiyev, Hüseyn Məhəmmədov, Marat Salyanski, Arif Əsədov, Nadir Əliyev, Nazim Süleymanov, Vidadi Rzayev, Əli Abışov, Ağatahir Əzimov, Rəcəb Fərəczadə, Namiq Məmmədkərimov, Mahmud Qurbanov, Allahverdi Babayev
 

<-- əvvələ qayıt

wap.futbolxeber.az / (c) 2013-2014