<-- əvvələ qayıt

“Qarabağ”ın düşərgəsində altıncı gün

11.01.2017 11:31
Xəbərin şəklinə bax

“Qarabağ” Antalyada qış təlim-məşq toplanışını davam etdirir. 
 
Futbolxeber.az-ın məlumatına görə, hazırlığın altıncı günündə komanda iki məşqlə kifayətlənib. İlk məşqin meydançada keçirilməsi nəzərdə tutulsa da, hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar ilk hazırlıq fitnes zalında baş tutub. Günün ikinci məşqi isə yerli vaxtla 17:00-da (Bakı vaxtıyla 18:00) hava şəraitinə baxmayaraq, meydançada start götürüb. Təxminən 1 saat 30 dəqiqə davam edən məşq zamanı komanda üzvləri topla müxtəlif hərəkətləri yerinə yetiriblər. 
 
Ağdam təmsilçsinin iki futbolçusu - Reynaldo Silva və Elşən Abdullayev fizioterapivt nəzarəti altında məşqlərini davam etdirib.
 
 Qeyd edək ki, “atlılar”ın bu gün üçün bir məşqi nəzərdə tutulub.
 


<-- əvvələ qayıt

wap.futbolxeber.az / (c) 2013-2014