<-- əvvələ qayıt

Klublarımızın Antalya arzusu çin oldu: hamısı eni təyyarədə

11.01.2017 11:05
Xəbərin şəklinə bax

Topaz Premyer Liqasında mübarizə aparan daha 3 komanda Türkiyəyə yola düşüb. 
 
Futbolxeber.az-ın məlumatına görə, “Qəbələ”, “İnter” və “Sumqayıt”ın öncədən nəzərdə tutulan Antalya səfəri bu gün baş tutub. Əslində, “Qəbələ” yanvarın 9-da, digər iki komanda isə dünən yola düşməli idilər. Lakin İstanbulda hökm sürən əlverişsiz hava şəraiti buna mane olmuşdu. Nəhayət, az öncə komandalar yola düşüblər. Maraqlıdı ki, hər üç klubun futbolçuları və rəsmiləri eyni təyyarədə yer alıblar. Onları aparan AZAL-a məxsus hava gəmisinin istiqaməti birbaşa Antalya olacaq.
 
“İnter” qonşu ölkəyə tam heyətlə yollanıbsa, “Qəbələ” və “Sumqayıt”da 1 oyunçu ölkə daxilində saxlanılıb. “Sumqayıt”da iki gün əvvəl zədələnən yarımmüdafiəçi Ayaz Mehdiyev ölkədə saxlanılıb. Həkimlər 24 yaşlı futbolçunun iki həftə müalicə olunacağını bildiriblər.
 
“Qəbələ”də isə baş məşqçi Roman Qriqorçukun əsas komandada görmək istəmədiyi Petar Franyiç səfərə aparılmayıb. (Apasport.az)
 

<-- əvvələ qayıt

wap.futbolxeber.az / (c) 2013-2014