<-- əvvələ qayıt

"Səbail" gələcək üçün hədəfləri olan klubdur"

11.01.2017 10:23
Xəbərin şəklinə bax

"Səbail"in qış transfer dönəmindəki yeni transferlərindən olan Ruslan Tağızadə komandaya keçidi ilə bağlı açıqlamalar verib. Prosport.az xəbər verir ki, ötən gün ağ-göy formayla keçirdiyi ilk oyununda MOİK-ə qarşı yoldaşlıq görüşündə qol hesabını açan 23 yaşlı yarımmüdafiəçi bunları deyib:
 
"Səbail" gələcək üçün hədəfləri olan klubdur. Birinci dövrənin sonuna yaxın klub mənə təklif göndərdi, mən də razılaşdım. "Səbail"də komandanın uğurlu çıxışı üçün rəhbərlik tərəfindən hər cür şərait yaradılıb. Yanvarın 14-də toplanışın davamı üçün Antalyaya yola düşəcəyik. Məqsədimiz yaxşı hazırlıq keçmək və çempion olub, Premyer Liqaya vəsiqə qazanmaqdır. İnanıram ki, mən də bu çempionluq yolunda komandaya öz oyunumla töhvə verə biləcəm".
 

<-- əvvələ qayıt

wap.futbolxeber.az / (c) 2013-2014