<-- əvvələ qayıt

"Qarabağ"ın heyətində yeni futbolçu

10.01.2017 15:57
Xəbərin şəklinə bax

"Qarabağ" Antalyada qış təlim-məşq toplanışını davam etdirir. 
 
Futbolxeber.az-ın məlumatına görə, bu gün Ağdam təmsilçisinin heyətinə yeni futbolçu qoşulub. Rusiyanın "Amkar" (Perm) komandasının yetirməsi olan Rinat Hüseynov baxışa dəvət edilib.
 
Yoxlama oyunlarında sınanıldıqdan sonra məşqçilər heyətinin rəyinə əsasən futbolçu haqda son qərar veriləcək. 20 yaşlı futbolçu mərkəz müdafiəçisidir. 189 sm boya malikdir. Hüseynov bu mövsüm "Amkar"ın gənclər komandasında 16 oyuna çıxıb və 2 qolla yadda qalıb.
 
Qeyd edək ki, Rinat Hüseynov 21 yaşlılardan ibarət milli komandamızın da üzvüdür.
 

<-- əvvələ qayıt

wap.futbolxeber.az / (c) 2013-2014