<-- əvvələ qayıt

“İnter” - “Bakı” oyununda tək qol

10.01.2017 14:31
Xəbərin şəklinə bax

Həvəskarlar Liqasında çıxış edən “Bakı” 2017-ci ildə ilk oyununu keçirib.

Futbolxeber.az saytının məlumatına görə, “zolaqlılar” yoxlama oyununda “İnter”in əvəzedici heyəti ilə üz-üzə gəlib.

“İnter Arena”da baş tutan oyunun taleyini 1 qol həll edib. Sona yaxın fərqlənən “İnter” 1:0 hesablı qələbə qazanıb.

Qeyd edək ki, “Bakı” həvəskarlar liqasındakı növbəti oyununu yanvarın 15-də keçirəcək. Novruz Əzimovun komandası geridə qalan müddətdə çempionatda keçirdiyi 4 oyunda 10 xal toplayıb. 


<-- əvvələ qayıt

wap.futbolxeber.az / (c) 2013-2014