<-- əvvələ qayıt

“Gənclərbirliyi”ndən Reynaldo açıqlaması

10.01.2017 12:35
Xəbərin şəklinə bax

Bir neçə gün öncə Türkiyə mətbuatında Super Liqa təmsilçisi “Gənclərbirliyi”nin “Qarabağ”ın braziliyalı hücumçusu Reynaldo Silvanı icarəyə götürmək istədiyinə dair xəbərlər yayılmışdı.
 
Futbolxeber.az-ın məlumatına görə, ”Qafqazinfo”ya açıqlama verən klubun mətbuat xidmətinin rəhbəri Hakan Karakoca məsələyə belə münasibət bildirib: “Reynaldo üçün təklif göndərilib-göndərilmədiyini bilmirəm. Fikrimcə, indiki halda bu çətindir. Çünki dünən Aqon Mehmeti ilə müqavilə imzaladıq. Bununla da komandada hücumda oynayacaq futbolçuların sayı 4 oldu. Həmçinin legioner limiti hazırda doludur. Aqon Mehmetidən öncə bu mümkün ola bilərdi. Amma indiki halda çətin görünür".
 

<-- əvvələ qayıt

wap.futbolxeber.az / (c) 2013-2014