<-- əvvələ qayıt

Prosineçki və Sadıqov kimə səs verdi?

10.01.2017 10:17
Xəbərin şəklinə bax

FİFA Portuqaliya millisinin və “Real” klubunun ulduz futbolçusu Kriştiano Ronaldonu 2016-cı ilin ən yaxşı futbolçusu elan edib. 
 
Futbolxeber.az-ın məlumatına görə, ali futbol qurumuna üzv olan federasiyaların milli komandaların baş məşqçiləri və kapitanları arasında keçirilən səsvermədə Ronaldo 34,54 faiz səslə qalib gəlib. Onun ən yaxın izləyicisi Lionel Messi (Barselona) 26,42, Antuan Qrizmann (Atletiko) isə cəmi 7,53 faiz səs toplayıb.
 
Ənənəvi olaraq, futbol üzrə Azərbaycan millisinin baş məşqçisi və kapitanı da bu səsvermədə iştirak edib. Yığmamızın baş məşqçisi Robert Prosineçki səsvermədə 1-ci yerə Lionel Messini, 2-ci yerə Kriştiano Ronaldonu, 3-cü yerə isə Antuan Qrizmannı layiq görüb. Maraqlıdı ki, Prosineçki ilə millimizin kapitanı Rəşad Sadıqovun fikirləri üst-üstə düşməyib. Belə ki, kapitan 1-ci yerə Ronaldonu, 2-ci yerə Messini, 3-cü yerə isə xorvat mütəxəssis kimi Qrizmannı layiq görüb.
 

<-- əvvələ qayıt

wap.futbolxeber.az / (c) 2013-2014