<-- əvvələ qayıt

"Qarabağ" günü iki məşqlə tamamladı

10.01.2017 01:32
Xəbərin şəklinə bax

“Qarabağ” Antalyada qış təlim-məşq toplanışını davam etdirir.

Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, hazırlığın beşinci gününü Ağdam təmsilçisi axşam məşqiylə başa vurub.

Günün ikinci məşqi yerli vaxtla saat 17:00-da start götürüb və təxminən 90 dəqiqə davam edib. İsinmə hərəkətlərin ardından futbolçularımız fiziki təmrinlərini yerini yetirib, məşq isə toplu çalışmalarla başa çatıb.

Reynaldo Silva bu gündən etibarən meydançada məşqlərə başlayıb. Yeni transfer Elşən Abdullayev isə fizioterapivt nəzarəti altında çalışmalarını davam etdirib.


<-- əvvələ qayıt

wap.futbolxeber.az / (c) 2013-2014