<-- əvvələ qayıt

İqnasio Herrera “Neftçi”yə qoşuldu

10.01.2017 01:05
Xəbərin şəklinə bax

“Neftçi” PFK-nın bir neçə gün əvvəl transfer etdiyi çilili futbolçu İqnasio Herrera dünən axşam saatlarında komandanın düşərgəsinə gəlib.

Futbolxeber.az saytının məlumatına görə, hücumameyilli yarımmüdafiəçi bu gün komanda ilə məşqlərə çıxıb.

Xatırladaq ki, “Neftçi” ilə 1 illik müqaviləyə imza atmış Herrera indiyədək Çilinin “Reyncers”, “Huaçipato”, “Maqalyanes”, “Kobreloa”, “Deportes İkike”, İspaniyanın “Real Betis” B və Qazaxıstanın “İrtış” klubunda çıxış edib.


<-- əvvələ qayıt

wap.futbolxeber.az / (c) 2013-2014