<-- əvvələ qayıt

Rusiyalı jurnalist millimizin üzvünü təriflədi

10.01.2017 00:57
Xəbərin şəklinə bax

19 yaşadək futbolçulardan ibarət milli komandamızın üzvü, “Beşiktaş”ın formasını geyən Mətin Gülər Valentin Qranatkinin xatirəsinə həsr olunmuş turnirin ilk turunda Litvaya qarşı oyunda özünü yaxşı tərəfdən göstərib.

Futbolxeber.az saytının məlumatına görə, gənc futbolçunun inamlı oyunu rusiyalı jurnalistlərin də diqqətindən yayınmayıb.

Belə ki, oyunsonrası mətbuat konfransında jurnalistlərdən biri Mətinlə bağlı yığmamızın baş məşqçisi Təbriz Həsənova sual ünvanlayıb:

- Komandanızın heyətində meydanda sağ cinah yarımmüdafiəçisi Mətin Gülər çox seçilirdi. O, artıq ikinci ildir ki Qranatkinin xatirə turnirində çıxış edir. Bu futbolçu çox sürətlidir və tez düşünür. Onun haqqında bir qədər geniş məlumat verə bilərsiz?

Yığmamızın çalışdırıcısı isə sualı belə cavablandırıb:

- Siz özünüz artıq hər şeyi dediniz (zalda gülüş). Mən futbolçularımdan kimisə fərqləndirmək istəməzdim. Biz bir komandayıq. Udanda da bir yerdə uduruq, uduzanda da. Bu gün isə təəssüf ki, məğlub olduq.

 


<-- əvvələ qayıt

wap.futbolxeber.az / (c) 2013-2014