<-- əvvələ qayıt

Rəqibləri millimizi sonuncu pilləyə yuvarladı

09.01.2017 21:32
Xəbərin şəklinə bax

FİFA-nın ilk vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunan XXIX beynəlxalq turnir davam edir. 
 
Futbolxeber.az-ın məlumatına görə, Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən yarışda 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin qrupdakı (C qrupu) rəqibləri - Slovakiya və Qazaxıstan yığmaları üz-üzə gəliblər. Görüş qolsuz bərarərliklə başa çatıb.
 
Qeyd edək ki, millimiz bu gün qrupdakı ilk oyununda Litvaya 1:2 hesabı ilə uduzub.
 
Təbriz Həsənovun komandası turnirdəki növbəti oyununu yanvarın 11-də Qazaxıstana qarşı keçirəcək. 
 
1. Litva 1 1 0 0 2:1 3   
2. Slovakiya 1 0 1 0 0:0 1   
3. Qazaxıstan 1 0 1 0 0:0 1   
4. Azərbaycan 1 0 0 1 1:2 0

 


<-- əvvələ qayıt

wap.futbolxeber.az / (c) 2013-2014