<-- əvvələ qayıt

“Səbail”dən ilk transfer

09.01.2017 21:05
Xəbərin şəklinə bax

İkinci dövrənin hazırlıqlarını davam etdirən "Səbail" ilk transferini gerçəkləşdirib. 
 
Futbolxeber.az-ın məlumatına görə, I Divizion təmsilçisi Aslan Hüseynovu heyətinə qatıb. 22 yaşlı müdafiəçi ilə 1 illik müqavilə imzalanıb. 
 
Qeyd edək ki, son klubu "Rəvan" olan müdafiəçi bir müddət "Neftçala"nın da formasını geyinib. Hüseynov eyni zamanda dəfələrlə U-17 millimizin heyətində çıxış edib.
 

<-- əvvələ qayıt

wap.futbolxeber.az / (c) 2013-2014