<-- əvvələ qayıt

“Zirə”nin daha bir rəqibi bəlli oldu

09.01.2017 17:32
Xəbərin şəklinə bax

Hazırlığın ikinci mərhələsini Türkiyənin Antalya şəhərində keçirəcək "Zirə" yoxlama oyunlarında qüvvəsini sınayacaq. 
 
Futbolxeber.az-ın məlumatına görə, qəsəbə təmsilçisinin daha bir rəqibinin adı məlum olub. Belə ki, yanvarın 18-də baş tutacaq ilk qarşılaşmada "qartallar" Qırğızıstan təmsilçisi "Dordoy"la (Bişkek) üz-üzə gələcək. 
 
Əvvəlcədən məlumat verdiyimiz kimi, "Zirə" yanvarın 22-də keçirilməsi nəzərdə tutulan yoxlama oyununda Bolqarıstan təmsilçisi "Lokomotiv"lə (Qorna) qarşılaşacaq.
 

<-- əvvələ qayıt

wap.futbolxeber.az / (c) 2013-2014